Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabirabadda boks yarışının qalibləri mükafatlandırılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Sabirabadda boks yarışının qalibləri mükafatlandırılıblar

Sabirabadda boks yarışının qalibləri mükafatlandırılıblar


Sabirabadda “İdman həftəsi” ilə bağlı 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilən silsilə yarışların davamı olaraq boks yarışı üzrə rayon birinciliyi başa çatıb.

Sabirabad rayon Gənclər və İdman İdarəsindən verilən məlumata görə, bir gün davam edən yarışda müxtəlif çəki dərəcələrində 50-dən çox boksçu rinqə çıxıb. Maraqlı keçən yarışın sonunda qaliblər Sabirabad rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 27 fevral-5 mart tarixlərində ölkə ərazisində “İdman həftəsi” keçirilir.

Geri dön