Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zaporojye atom elektrik stansiyasının ərazisində yanğın baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Zaporojye atom elektrik stansiyasının ərazisində yanğın baş verib

Zaporojye atom elektrik stansiyasının ərazisində yanğın baş verib


Ukraynanın Enerqodardakı Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) yanğın baş verib. Bununla əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə müraciət edib

UNİAN-a istinadla xəbərinə görə, müraciət dövlət başçısının teleqram kanalında yerləşdirilib.

Ukrayna Prezident bu cür hücumların Çernobılda yaşanan faciənin təkrarlaya biləcəyi barədə xəbərdarlıq edib: “Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.

Volodimir Zelenski hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.

Geri dön