Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynadan olan qaçqınların ilk qrupu Meksikaya gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ukraynadan olan qaçqınların ilk qrupu Meksikaya gəlib

Ukraynadan olan qaçqınların ilk qrupu Meksikaya gəlib


Ukraynadakı hərbi qarşıdurma nəticəsində qaçqın düşmüş 81 nəfərlik qrup Meksikaya gətirilib.

Bu, münaqişə zonasından qaçaraq Meksikaya çatdırılan ilk qrupdur. Meksika Hərbi Hava Qüvvələri 44 meksikalı, 28 ukraynalı, 7 ekvadorlu, 1 perulu və 1 avstraliyalının təxliyəsinə icazə verib. Təxliyə əməliyyatı Meksika Prezidenti Andres Manuel Lopes Obradorun göstərişi ilə humanitar uçuşla həyata keçirilib.

Meksikanın xarici işlər naziri Marselo Ebrard, lazım gələrsə, həm Latın Amerikası vətəndaşlarının, həm də ukraynalıların təxliyəsi üçün daha bir reys həyata keçiriləcəyini bildirib.

BMT-nin məlumatına görə, hərbi əməliyyatların başlanmasından cəmi bir həftə ərzində bir milyondan çox insan Ukraynanı tərk edib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) xəbərdarlıq edir ki, yaxın günlərdə bu rəqəm 4 milyona çata bilər.

Geri dön