Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yonhap agentliyi: KXDR ballistik raket buraxılışı həyata keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Yonhap agentliyi: KXDR ballistik raket buraxılışı həyata keçirib

Yonhap agentliyi: KXDR ballistik raket buraxılışı həyata keçirib


Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 5-də Şərq (Yapon) dənizi istiqamətində ballistik raket buraxılışı həyata keçirib.

Bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Raketin buraxılışı yerli vaxtla səhər 8:45-də baş verib. Komitə raketin təxminən 270 kilometr məsafə qət etdiyini bildirib.

Məsələ ilə əlaqədar Cənubi Koreyanın Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.

Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildə 9-cu raket sınağıdır. Rəsmi Pxenyan həmin sınaqlar zamanı idarəolunan taktiki raketlər, ballistik və hipersəsli raket də buraxdığını açıqlayıb.

Geri dön