Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniya Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Böyük Britaniya Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq

Böyük Britaniya Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq


Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.

Bunu Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq deyib.

Onun sözlərinə görə, imtina bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8 faizini təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək.

Nazir qeyd edib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə daha çox neftin tədarükü edilməsi istiqamətində işləyəcək: “Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb və onun demək olar ki, 70 faizinə hələ də alıcı tapa bilmir”.

O həmçinin bildirib ki, London Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır. Nazir qeyd edib ki, hazırda krallıqda Rusiya qazının payı 4 faiz təşkil edir.

Geri dön