Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daha 699 türkiyəli Ukraynadan təxliyə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Daha 699 türkiyəli Ukraynadan təxliyə olunub

Daha 699 türkiyəli Ukraynadan təxliyə olunub


Martın 8-də daha 699 türkiyəli Ukraynadan öz vətəninə yola salınıb. Təxliyə olunanlar Kiyev və Lvov daxil olmaqla yeddi şəhərdən çıxarılıblar.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter sosial şəbəkə hesabında məlumat paylaşıb. Vətənə dönənlərə salamat yolçuluq arzulayan nazir yazıb ki, bununla təxliyə olunanların sayı 13 min 120 nəfərə çatıb.

Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.

Qeyd edək ki, təxliyə əsasən qatar və avtobuslarla aparılır.

Geri dön