Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk Hava Yolları İstanbula planlaşdırılan bəzi səfərlərini təxirə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Türk Hava Yolları İstanbula planlaşdırılan bəzi səfərlərini təxirə salıb

Türk Hava Yolları İstanbula planlaşdırılan bəzi səfərlərini təxirə salıb


Türkiyədə martın 10-a proqnozlaşdırılan əlverişsiz və yağıntılı hava şəraiti səbəbindən İstanbula ediləcək bəzi təyyarə səfərləri təxirə salınıb.

Bununla bağlı Türk Hava Yolları (THY) aviaşirkətindən açıqlama verilib.

Məlumatda qeyd edilib ki, martın 10-da İstanbulun “İstanbul” və “Sabiha Gökçən” hava limanlarına enməsi və bu aeroportlardan qalxması planlaşdırılan bəzi səfərlər təxirə salınıb.

THY bu aeroportlardan səfər edəcək sərnişinlərinə şirkətinin rəsmi səhifəsindən reysləri ilə bağlı məlumat almağı tövsiyə edib.

Geri dön