Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SOCAR: Son 15 ildə Azərbaycanda 1038 neft quyusu qazılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > SOCAR: Son 15 ildə Azərbaycanda 1038 neft quyusu qazılıb

SOCAR: Son 15 ildə Azərbaycanda 1038 neft quyusu qazılıb


2007-ci ildən “Kompleks Qazma İşləri” Tresti ümumilikdə 1,7 milyon metrə yaxın qazma işləri aparıb və 1038 quyunu sifarişçiyə təhvil veri

Bu barədə SOCAR-dan məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən “Kompleks Qazma İşləri” Tresti 15 ildir ki, fəaliyyət göstərir.

“2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan “Bulla dəniz”, “Ümid”, “Günəşli”, “Neft Daşları”nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə 1,7 milyon metrə yaxın qazma işlərinin aparılması və 1038 quyunun sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar komandasının uğurudur”,- məlumatda deyilib.

Geri dön