Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya Rusiyadan neft idxalını dayandırmaq üçün G7 ölkələri ilə əməkdaşlıq edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Yaponiya Rusiyadan neft idxalını dayandırmaq üçün G7 ölkələri ilə əməkdaşlıq edəcək

Yaponiya Rusiyadan neft idxalını dayandırmaq üçün G7 ölkələri ilə əməkdaşlıq edəcək


Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyadan neft və neft məhsullarının idxalına qadağa tətbiq etmək üçün beynəlxalq ictimaiyyətlə, xüsusən də G7 ölkələri ilə əməkdaşlıq edəcək.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno martın 9-da keçirilən mətbuat konfransı zamanı bəyan edib.

“Biz təsirli ola biləcək tədbirləri beynəlxalq ictimaiyyətlə, xüsusən də G7 ölkələri ilə əməkdaşlıq şəraitində araşdırmaq niyyətindəyik”, - deyə baş katib bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden martın 8-də Rusiyadan enerjidaşıyıcılarının idxalının və bu ölkənin enerji sektoruna yeni investisiyaların yönəldilməsinin qadağan edilməsi barədə fərman imzalayıb. Böyük Britaniya da 2022-ci ilin sonunadək Rusiyadan neft və neft məhsullarının idxalından imtina edəcəyini bildirib.

Yaponiya hökuməti isə sanksiyalar çərçivəsində Rusiyaya neft emalı avadanlığının tədarükünün dayandırıldığını bildirib. Bununla yanaşı, Tokio hələlik enerjidaşıyıcıların tədarükünə qadağa tətbiq etməyib.

Qeyd edək ki, son illər Yaponiyanın Rusiyadan neft idxalının ümumi həcmi 3,6 faiz, sıxılmış təbii qaz idxalı isə 8,8 faiz təşkil edib.

Geri dön