Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ailəyə basqın edərək ər və arvadı öldürən şəxs yaxalanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ailəyə basqın edərək ər və arvadı öldürən şəxs yaxalanıb

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ailəyə basqın edərək ər və arvadı öldürən şəxs yaxalanıb


Bu il yanvarın 1-də Gürcüstanın Marneuli rayonunun Algeti kənd sakini Ramiz Dövrüşovu, onun həyat yoldaşı Cəvahiri öldürən və onların oğlu Vəlini isə yaralayan şəxs yaxalanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yaxalanın şəxs Dövrüşovların qonşusu, 1978-ci il təvəllüdlü Ramiq Əbdürrəhmanovdur. O, Marneuli rayon Xəstəxanasında müalicə olunan Vəli Dövrüşovu da öldürmək üçün xəstəxanaya gedərkən saxlanılıb. Xəstəxananın yaxınlığında saxlanılan R. Əbdürrəhmanovun üzərində “Valter” tapançası və əl qumbarası aşkarlanıb. O, polisə ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. N. Əbdürrəhmanovu 16 ildən 20 ilə qədər və ya ömürboyu həbs cəzası gözləyir.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü V. Dövrüşov hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hazırda reanimasiya şöbəsində müalicə olunur.

Geri dön