Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstan-Tacikistan sərhədində atışma olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Qırğızıstan-Tacikistan sərhədində atışma olub


Martın 11-də Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, martın 11-də Qırğızıstan və Tacikistan sərhədçiləri arasında Qırğızıstan-Tacikistan sərhəd hissəsində daha bir atışma olub. Batken-İsfana avtomobil yolunun Batken rayonunun Eki-Taş kəndindəki hissəsində Tacikistan Respublikasının sərhəd naryadı yoldan keçən avtomobillərə daş atmağa başlayıb. Qırğızıstan sərhəd dəstəsi Tacikistan hərbçilərinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün havaya xəbərdarlıq atəşi açıb. Münaqişəyə daha bir Tacikistan sərhəd dəstəsi müdaxilə edib və onlar Qırğızıstan sərhədçilərinin olduğu müşahidə qülləsini atəşə tutublar.

Atışma 20 dəqiqəyə yaxın davam edib. Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, son dəfə martın 10-da Qırğızıstanın Batken rayonunun Teskei kəndində, sərhədin mübahisəli hissəsində iki dövlətin sərhədçiləri arasında atışma olub.

Geri dön