Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətən müharibəsi şəhidi Vüqar Zamanovun xatirəsi yad olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Vətən müharibəsi şəhidi Vüqar Zamanovun xatirəsi yad olunub

Vətən müharibəsi şəhidi Vüqar Zamanovun xatirəsi yad olunub


Vətən müharibəsi şəhidi Vüqar Zamanovun xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin əziz xatirəsinin anıldığı toplantıda ailəsi ilə bərabər Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, l və ll Qarabağ müharibəsi qaziləri və Horadiz şəhər sakinləri iştirak ediblər. Öncə canını Vətən uğrunda fəda edən şəhidlərin xatirəsi sükutla anılıb. Məktəblilər Vətənə və qəhrəmanlara həsr olunan şerlər səsləndiriblər. Toplantıda çıxış edənlər Vüqarın Vətənə olan sevgisindən və keçdiyi döyüş yolundan danışıb.

Bildirilib ki, Vüqar Zamanov 1995-ci il martın 10-u dünyaya göz açıb. 2001-2012-ci illərdə Horadiz şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ yeniyetmə çağlarında hərbiyə böyük marağı olan Vüqar 2013-cü ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb.

Vüqar Zamanov 2016-cı ildən könüllü olaraq Müddətdən Artıq Həqiqi Hərbi Xidmətçi olaraq ordu sıralarında fəaliyyətini davam etdirib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan tarixdən ön cəbhədə xüsusi şücaəti ilə fərqlənib və döyüş əməliyyatlarında qəhrəmanlığı ilə seçilib. Füzulidən Şuşaya qədər döyüş yolu olan Vüqar noyabrın 5-i Daşaltı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Vüqar Zamanov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Geri dön