Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Serbiya artan tənqidlər fonunda Rusiyaya aviareyslərin sayını azaldır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Serbiya artan tənqidlər fonunda Rusiyaya aviareyslərin sayını azaldır

Serbiya artan tənqidlər fonunda Rusiyaya aviareyslərin sayını azaldır


Serbiyadan Rusiya istiqamətində aviareyslərin sayı azaldılacaq

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Serbiya Prezidenti qeyd edib ki, paytaxt Belqraddan Moskva istiqamətində uçuşların sayı gündəlik bir reysə endiriləcək.

Qeyd edək ki, Avropa İttifaqına(Aİ) üzv dövlətlərin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, bu sanksiyalara qoşulmayan və öz hava məkanını Rusiya təyyarələri üçün açıq saxlayan Serbiyanın hava yolu şirkəti “Air Serbia” son günlərdə Belqrad-Moskva-Belqrad istiqamətində aviareyslərin sayını iki dəfə artırması beynəlxalq ictimaiyyət tərəfindən tənqid olundu.

Hazırda Rusiya vətəndaşları digər Avropa ölkələrinə səyahət etmək üçün Serbiyadan tranzit ölkə kimi istifadə edirlər.

Geri dön