Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstraliya 33 rusiyalı biznesmenə sanksiyalar tətbiq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Avstraliya 33 rusiyalı biznesmenə sanksiyalar tətbiq edib

Avstraliya 33 rusiyalı biznesmenə sanksiyalar tətbiq edib


Avstraliya hökuməti Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyatlar fonunda bu ölkənin 33 biznesmeninə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Avstraliyanın xarici işlər naziri Maris Peynin martın 14-də yayımlanan bəyanatında bildirilir.

“Avstraliya hökuməti bu gün rusiyalı 33 oliqarxa, tanınmış biznesmenə və onların ailə üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib”, - deyə bəyanatda qeyd edilir.

M.Peynin saytında yayımlanan siyahıda Roman Abramoviçin, “Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin, “Rostex”in başçısı Serqey Çemezovun, “Rusiya” bankının direktorlar şurasının sədri Dmitri Lebedevin və başqalarının adları yer alıb.

Bəyanatda qeyd edilir ki, sanksiyalar “külli miqdarda şəxsi vəsait toplayanlara” və həmçinin Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən şəxslərə qarşı tətbiq edilib.

Geri dön