Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > YAP Ağcabədi rayon təşkilatının üzvləri Vətən müharibəsi qazilərini ziyarət ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > YAP Ağcabədi rayon təşkilatının üzvləri Vətən müharibəsi qazilərini ziyarət ediblər

YAP Ağcabədi rayon təşkilatının üzvləri Vətən müharibəsi qazilərini ziyarət ediblər


Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının üzvləri Novruz bayramı ərəfəsində Vətən müharibəsində şücaətlə döyüşərək yaralanmış Məmməd Məmmədovun və Sadiq Şükürovun ailəsini ziyarət ediblər.

Çay süfrəsi arxasında söhbət zamanı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 30 ilə yaxın düşmənin işğal altında qalan torpağımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilməsində qəhrəmanlıq göstərmiş döyüşçülərimizin sücaətindən danışıb. Düşmən üzərində qazanılan qələbənin iqtidar-ordu-xalq birliyinin təntənəsi olduğunu vurğulayıb.

Qazi və onların ailə üzvləri Bahar bayramı ərəfəsində onları unutmadıqları üçün qonaqlara təşəkkür edib, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Geri dön