Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bakıda gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub

Bakıda gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub


Bakıdakı “Rus Evi”ndə “Canlı klassika” beynəlxalq müsabiqəsi iştirakçılarının final çıxışları olub.

Bakıdakı “Rus Evi”nin (RİMM) mətbuat mərkəzindən bildiriblər ki, layihənin təşkilatçısı “Canlı klassika” Fondudur. Layihənin Azərbaycan üzrə kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır. Müsabiqənin regional mərhələləri və finalı Bakıdakı “Rus Evi”nin və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə keçirilib.

Bu il müsabiqədə iştirak etmək üçün ölkə üzrə 150-yə yaxın müraciət qəbul edilib. Finala 50 iştirakçı keçib.

Gənc qiraətçilər aktyor, Azərbaycanın əməkdar artisti Teymur Rəhimov, pedaqoq-psixoloq Leyla Qurbanova, jurnalist İradə Əsədova, Bakıdakı “Rus Evi”nin əməkdaşı Anastasiya Kurbatovanın daxil olduğu münsiflər heyəti qarşısında rusiyalı müəlliflərin əsərləri ilə çıxış ediblər.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Alidə Ramazanova birinci, Səbinə Əhmədova ikinci, Fidan Həsənzadə isə üçüncü yeri tutublar.

Geri dön