Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd edilib


Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

Tərtər şəhərinin mərkəzi meydanında rayon ictimaiyyətinin, sakinlərin iştirakı ilə keçirilən tədbirdə Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub. Bayram tədbirində tonqal qalanıb, şən musiqilər, rəngarəng rəqs nömrələri və Novruz adətləri bir-birini əvəz edib.

Qeyd edək ki, torpağın oyanışını tərənnüm edən ilaxır çərşənbə təkcə təbiətin deyil, həm də insanlarda yeni arzuların yaranmasının, niyyətlərin saflaşmasının göstəricisi hesab olunur.

Geri dön