Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağdaş rayonunda yanğın olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Ağdaş rayonunda yanğın olub

Ağdaş rayonunda yanğın olub


Ağdaş rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə dünən axşam saatlarında şəhərin Cəfər Cabbarlı-95 ünvanında qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Mustafayeva Kəmalə Tofiq qızına məxsus ümumi sahəsi 72 kvadratmetr olan 1 mərtəbəli, 2 otaqlı evdə baş verən yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Evin 20 kv.m hissəsi yanıb, qalan hissə isə yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.

Geri dön