Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dafina Dimitrova: Novruz bayramını hiss etmək olur, şəhəriniz çox gözəldir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Dafina Dimitrova: Novruz bayramını hiss etmək olur, şəhəriniz çox gözəldir

Dafina Dimitrova: Novruz bayramını hiss etmək olur, şəhəriniz çox gözəldir


Azərbaycan Respublikası Hesablama Palatasının üzv olduğu Ali Audit Qurumlarının (AAQ) Beynəlxalq Təşkilatı (INTOSAI) İnkişaf Təşəbbüsünün (IDI) baş meneceri, həmçinin Hesablama Palatası üzrə IDI-ın kənar eksperti xanım Dafina Dimitrova və ekspert xanım Nino Tsintsadze Azərbaycanda səfərdədirlər. Səfər çərçivəsində qonaqlar Hesablama Palatasının rəhbərliyi və əməkdaşları ilə bir sıra görüşlər keçiriblər. Dafina Dimitrova səfər təəssüratlarını bölüşüb.

-Hesablama Palatasında bir neçə görüşlər keçirmişiniz. Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı nə kimi addımlar atılacaq?

-Təmsil etdiyim qurum çərçivəsində Hesablama Palatası ilə uzun müddətdir çalışırıq. Palata SAI PMF-AAQ-ın Fəaliyyətinin Ölçülməsi Çərçivəsi, SPMR-Strategiya, Fəaliyyətin Ölçülməsi və Hesabatlılıq, TAİ Audit-COVID-19 üçün təcili maliyyələşdirmədən istifadənin şəffaflığı, hesabatlılığı və əhatəliliyi layihələrində iştirak edir, Strateji Planın hazırlanması işini yerinə yetirib. Biz Palata əməkdaşlarının motivasiyasını, işə həvəsini müşahidə etmişik. Bizim yeni proqram və təşəbbüslərimiz var ki, onlar Palatanın maraq dairəsindədir. Deyə bilərəm ki, Palata inkişaf edir və çoxlu yeni sahələrlə maraqlanırlar. Biz görürük ki, insan resursları, İKT, auditin təsirinin izlənməsi kimi sahələr diqqət mərkəzindədir. Biz əməkdaşlığımızı SAI PMF, SPMR, TAİ Auditi üzrə davam edəcəyik. Bu çərçivədə addımlar atılacaq. Yeni başlayacaq proqramlar çərçivəsində də fəaliyyətimizi quracağıq.

- Palatanın bu sahədəki Ali Audit Qurumları arasında fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Hər bir Ali Audit Qurumları öz spesifikliyi, idarəçiliyi çərçivəsində fəaliyyət göstərir. Hesablama Palatasının işçi heyəti çox motivasiyalı, həvəsli, bilikli, məlumatlıdırlar. Təkmilləşmələrin aparılması üçün Palata həqiqətən güclü öhdəlikləri öz üzərinizə götürüb. Biz görürük ki, xüsusilə audit işində çoxlu yenilik və inkişaf olub. Həmçinin şübhəsiz ki, Palata strateji planın hazırlanması sahəsində irəliləyişlər əldə edib. Biz bunu dəyərləndiririk.

- Ölkəmizə ilk səfərinizdir? Səfəriniz həm də Azərbaycanda qeyd olunan Novruz bayramı ərəfəsinə düşüb. Ölkəmiz haqqında hansı təəssüratlarınız yarandı?

- Azərbaycana ilk səfərimdir. Bu səfəri iki il öncə həyata keçirməli idik. Məlum pandemiya səbəbindən bu, mümkün olmadı. Biz burada olmağımızdan çox şadıq. Şəhərdə gəzərkən, ilk təəssüratım Bakının maraqlı, gözoxşayan arxitekturası ilə bağlı oldu. Müasir üslubla milli spesifikanın, ornamentlərin qarışması cəlbedicidir. Təbii ki, şəhərdə “Novruz”u hiss etmək olur. Şəhəriniz çox gözəldir, lakin bir nüansı qeyd edim ki, çox küləklidir. Mənim lap ilk təəssüratlarım indiyədək Hesablama Palatasının əməkdaşlarından aldığım çox müsbət təəssüratlar idi. Artıq beş ildir ki, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) İnkişaf Təşəbbüsünün (IDI) baş meneceri olaraq işimlə əlaqədar Norveçdə, Oslo şəhərində yaşayıram, özüm isə əslən Bolqarıstandanam. Bundan öncə azərbaycanlı həmkarlarımla ünsiyyətdə hətta dilimizdə oxşar sözlərin olduğu diqqətimdən qaçmamışdı. Bu baxımdan, xalqlarımız arasında oxşarlıq var. Çünki biz də yalnız iş haqqında deyil, həyatın bütün sahələrinə aid, məişətlə bağlı söhbətlərə, daha xoş, isti münasibətlərə üstünlük veririk.

Geri dön