Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə mediası Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini geniş işıqlandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkiyə mediası Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini geniş işıqlandırıb

Türkiyə mediası Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini geniş işıqlandırıb


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağa növbəti səfərləri, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalının alovlandırmaqları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyənin əyalət mediası da bu səfər barədə geniş məlumatlar yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda Novruz tonqalının alovlandırdı” və sərlövhəsi ilə təqdim olunan məlumatda dövlətimizin başçısınının Azərbaycan xalqına bayram təbrikindən sitatlar verilib. Prezident İlham Əliyevin çıxışındakı “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” ifadəsi manşet materialı kimi təqdim olunub. Məlumatlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ikinci ildir ki, Novruz tonqalını Qarabağda alovlandırır.

Anadolu və İHA agentlikləri başda olmaqla ölkənin aparıcı media qurumları, o cümlədən “Sabah”, “Yeni akıt” və “Karar” qəzetləri xəbəri orijinal fotolarla təqdim edib. “TRT Haber” telekanalı martın 21-dəki səhər buraxılışında Türkiyə qəzetlərinin xülasəsini təqdim edərkən Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini əks etdirən manşet yazıları ekran boyu nümayiş etdirib.

Geri dön