Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanla Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Özbəkistanla Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb

Özbəkistanla Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb


Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva ölkədə işgüzar səfərdə olan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırımın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

Senatın mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Özbəkistanla Türkiyə və türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Özbəkistanla türk dövlətləri arasında çoxplanlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb.

T.Narbayeva qeyd edib ki, bu səfər ölkələr arasında və TDT çərçivəsində əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.

B.Yıldırım Özbəkistanda son altı ildə bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasından və ölkələr arasında münasibətlərin indiki səviyyəyə çatmasından məmnunluğunu ifadə edib.

Geri dön