Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bosniya və Herseqovinanın dövlət televiziyası bağlanmaq təhlükəsi ilə üzləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bosniya və Herseqovinanın dövlət televiziyası bağlanmaq təhlükəsi ilə üzləşib

Bosniya və Herseqovinanın dövlət televiziyası bağlanmaq təhlükəsi ilə üzləşib


Bosniya və Herseqovinanın Dövlət Radio və Televiziyası (BHRT) maliyyə problemlərinə görə bağlanmaq təhlükəsi ilə üzləşib.

Bank hesabları dondurulan qurumun direktorlar şurası Bosniya və Herseqovina hökumətinə və BHRT-nin səhmdarlarına ictimai yayımın davam etdirilməsi üçün müraciət ünvanlayıb.

Problemin mühüm hissəsi Serb Respublikası Radio və Televiziyasının (RTRS) 2017-ci ildən bəri BHRT-yə qanunla müəyyən olunan ödənişləri etməməsindən irəli gəlir.

Kanal rəhbərliyi BHRT-nin borcunun artdığını və bank hesablarının təxminən üç həftədir dondurulduğunu bildirib.

BHRT-nin bağlanması 870 nəfərin işsiz qalması ilə nəticələnə bilər.

Geri dön