Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir İnam Kərimov Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Nazir İnam Kərimov Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək

Nazir İnam Kərimov Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 1-də saat 09:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2055424) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriləcək. Qəbulda peyvənd və ya immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Geri dön