Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb

Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb


Meksikanın mərkəzindəki Morelos ştatında yüngül mühərrikli təyyarənin supermarketin binasına çırpılması nəticəsində azı 3 nəfər ölüb.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayət hökuməti ictimaiyyətə açıqlamasında bildirib.

Qeyd olunub ki, təyyarənin göyərtəsində olan 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlar xəstəxanalara aparılıb. Faciə Temisko ərazisində baş verib. Qəzanın səbəbləri ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Təyyarə supermarketin divarını dağıdıb və demək olar ki, alış-veriş edilən əraziyə düşüb. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

Geri dön