Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Avropaya elektron döyüş təyyarələri yerləşdirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > ABŞ Avropaya elektron döyüş təyyarələri yerləşdirəcək

ABŞ Avropaya elektron döyüş təyyarələri yerləşdirəcək


ABŞ Almaniyaya altı “EA-18G Growler” elektron müharibə (EW) təyyarəsi yerləşdirir.

“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Yeri gəlmişkən, avadanlıqla birlikdə təxminən 240 ABŞ hərbi qulluqçusunun da Almaniyadakı Şpanqdal aviabazasına gələcəyi gözlənilir.

Verilən məlumatlara görə, Vaşinqton bu addımını Almaniya hökuməti ilə koordinasiya əsasında, NATO-nun kollektiv qüvvələrini gücləndirmək üçün həyata keçirildiyini bəyan edib.

Qeyd edək ki, hələ 2021-ci ildə Rusiyanın Baltik və Şimal donanmalarının hərbçiləri ultra uzun mənzilli elektron döyüş stansiyalarının sınaqdan keçirildiyi təlimlər keçirib.

Geri dön