Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Danimarkanın "Carlsberg" pivə istehsalı şirkəti "Baltika" brendini satıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Danimarkanın "Carlsberg" pivə istehsalı şirkəti "Baltika" brendini satıb

Danimarkanın "Carlsberg" pivə istehsalı şirkəti "Baltika" brendini satıb


Danimarkanın "Carlsberg" pivə istehsalı şirkəti "Baltika" brendini sataraq, Rusiya bazarını tərk etmək qərarına gəlib.

Bu barədə “Carlsberg” şirkətinin yaydığı məlumatda deyilir.

Danimarka şirkətinin gəldiyi qənaətə əsasən, Rusiya bazarında mövcudluğunu mümkün qədər tez dayandırmaq lazımdır.

Bu ayın əvvəlində şirkət Rusiyada “Carlsberg” brendi altında pivə istehsalını və satışını dayandırmaq barəsində müvafiq qərar qəbul edib. Buna baxmayaraq, “Carlsberg” portfelinə daxil olan yerli “Baltika” pivə brendinin satışının davam etdirilməsi qərarı verilib. Lakin yeni qərarla şirkət həm də törəmə müəssisəsinin fəaliyyətini dayandırır.

“Biz Rusiyadakı bütün əmlakımızı satmaq barəsində çətin və təcili qərar verdik və bu, hazırkı vəziyyətdə düzgün qərardır. Biz artıq Rusiyada olmayacağıq”, - deyə şirkətin açıqlamasında bildirilir.

Geri dön