Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclər və idman naziri sərbəst güləş üzrə Azərbaycan millisini Avropa çempionluğu münasibətilə təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Gənclər və idman naziri sərbəst güləş üzrə Azərbaycan millisini Avropa çempionluğu münasibətilə təbrik edib

Gənclər və idman naziri sərbəst güləş üzrə Azərbaycan millisini Avropa çempionluğu münasibətilə təbrik edib


Gənclər və idman naziri Fərid Qayıbov sərbəst güləş üzrə Azərbaycan millisini Avropa çempionluğu münasibətilə təbrik edib.

Nazir bununla bağlı şəxsi feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Hər bir qələbənin arxasında gərgin məşq, qətiyyət və fədakarlıq dayanır. Hər bir zəfər dəstək və alqışa layiqdir. Afərin bizim idmançılara!”.

Xatırladaq ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə millimiz tarixi uğura imza atıb. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yekunda 159 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub.

Geri dön