Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Las-Veqas 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Las-Veqas 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək

Las-Veqas 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək


ABŞ-ın Las-Veqas şəhəri 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək.

Yarışın noyabrda gecə saatlarında şəhər trekində keçirilməsi nəzərdə tutulub.

Trekin uzunluğu 6,12 km olacaq. Trek şəhərin ən böyük kazinolarının yerləşdiyi Las-Veqas-Strip bulvarından keçəcək. Bu, 1982-ci ildən sonra ABŞ-da üçüncü Qran-Pri olacaq. Hazırda bu ölkədə Mayami və Ostin mərhələləri də keçirilir.

1981-1982-ci illərdə də Las-Veqasda Formula 1 yarışı keçirilib.

Cari mövsüm Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.

Geri dön