Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nigeriyada qayığın çayda batması nəticəsində 13 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Nigeriyada qayığın çayda batması nəticəsində 13 nəfər ölüb

Nigeriyada qayığın çayda batması nəticəsində 13 nəfər ölüb


Nigeriyada qayığın çayda batması nəticəsində 13 nəfər həlak olub.

“BBC”yə istinadla xəbər verir ki, hadisə ölkənin Niger əyalətinin Qalkoqo kəndinin sakinlərinin silahlı dəstələrin hücumundan qayıqla qaçdıqları zaman baş verib. Ölənlər arasında 10 nəfər uşaq da var.

Ölkə rəsmiləri onlarla insanı daşıyan qayığın həddindən artıq yüklü olduğunu, bu səbəbdən batdığını bildiriblər.

Qeyd edək ki, Nigeriyanın şimalında bir milyona yaxın insan yerli silahlı dəstələrin hücumları nəticəsində öz evlərini tərk edib.

Geri dön