Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aleksandr Vuçiç Serbiyada prezident seçkilərində irəlidədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Aleksandr Vuçiç Serbiyada prezident seçkilərində irəlidədir

Aleksandr Vuçiç Serbiyada prezident seçkilərində irəlidədir


Serbiya Respublikası Seçki Komissiyasının açıqladığı məlumatlara görə, prezident seçkilərində Serbiya Tərəqqi Partiyasının (SNS) namizədi Aleksandr Vuçiç liderlik edir.

İlkin məlumatlara əsasən, hazırkı Prezident A.Vuçiç səslərin 59,8 faizini toplayıb. “Vahid Serbiya” partiyasının namizədi, Serbiyanın keçmiş baş qərargah rəisi Zdravko Ponos isə səslərin 17,1 faizini toplayaraq ikinci yerdə qərarlaşıb.

A.Vuçiç birinci turda 50 faizdən çox səs toplasa, prezident seçkilərinin ikinci turu keçirilməyəcək.

Prezident seçkilərində ümumilikdə 8 namizəd mübarizə aparıb.

Parlament seçkilərində isə Serbiya Tərəqqi Partiyası səslərin 43,1 faizini toplayıb.

Serbiyada 12 bələdiyyə və Belqrad da daxil olmaqla iki şəhərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Geri dön