Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Londonda keçirilən aksiyada minlərlə insan qiymət artımına qarşı etirazlarını bildiriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Londonda keçirilən aksiyada minlərlə insan qiymət artımına qarşı etirazlarını bildiriblər

Londonda keçirilən aksiyada minlərlə insan qiymət artımına qarşı etirazlarını bildiriblər


Londonda minlərlə insan qiymət artımına qarşı etiraz aksiyası keçirib.

Nazirlər Kabinetinin yerləşdiyi Dauinq Stritdə toplaşan aksiya iştirakçıları qiymət artımına qarşı şüarlar səsləndirərək plakatlar qaldırıblar. Etirazçılar qiymət artımına görə Mühafizəkarlar partiyasını günahlandırıblar.

Böyük Britaniyada illik inflyasiya mart ayında 6,2 faizə yüksələrək son 30 ilin rekordunu qırıb.

Həmçinin krallıqda yanacağın, su, qaz və elektrik enerjisinin qiymətləri artırılıb.

Geri dön