Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azəriqaz” rəhbərliyi Kürdəmirdə sahibkarlarının problemlərini dinləyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Azəriqaz” rəhbərliyi Kürdəmirdə sahibkarlarının problemlərini dinləyəcək

“Azəriqaz” rəhbərliyi Kürdəmirdə sahibkarlarının problemlərini dinləyəcək


“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Azəriqaz”dan bildirilib ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq. Birliyin rəhbər şəxsləri Kürdəmir rayonu, Heydər Əliyev prospekti, Qələbə Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Geri dön