Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dubayda keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinin üçüncü gününə yekun vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Dubayda keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinin üçüncü gününə yekun vurulub

Dubayda keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinin üçüncü gününə yekun vurulub


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinin üçüncü gününə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, bu dəfə qılıncoynatmanın sablya növü üzrə gənc oğlan və qızların komanda yarışında qaliblər müəyyənləşib.

Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə oğlanlardan ibarət komandamız ilk görüşündə BƏƏ seçməsinə 45:25 hesabı ilə qalib gəlib. Gənc sablyaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan komandasına 23:45 hesabı ilə uduzub.

Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşdə koreyalı həmkarlarına 16:45 hesabı ilə uduzub. Qılıncoynadanlarımız 13-16-cı yerlər uğrunda görüşdə Braziliya yığmasına 45:40 hesabı ilə qalib gəlib. Komandamız dünya birinciliyində keçirdiyi sonuncu görüşdə Gürcüstan millisinə 38:45 hesabı ilə məğlub olaraq yekun sıralamada 14-cü yeri tutub.

Geri dön