Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənc sərbəst güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə güclərini sınayacaqlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Gənc sərbəst güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə güclərini sınayacaqlar

Gənc sərbəst güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə güclərini sınayacaqlar


Bu gün Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir start götürəcək

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov, Riad Aslanov, Məmməd Əhmədov (hamısı 57 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əbülfəz Nəsirov, Murad Haqverdiyev (hər ikisi 65 kq), Sabir Cəfərov, Kənan Heybətov (hər ikisi 70 kq), Namus Orucov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov, Fuad Yunusov (hər ikisi 86 kq) və Abdulcəlil Şabanov (92 kq) təmsil edəcəklər.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda mübarizəyə isə 17:30-da start veriləcək.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Geri dön