Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkiyə və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, telefon danışığında Türkiyə-Qazaxıstan əlaqələrini gücləndirəcək addımlar, eləcə də Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional proseslər nəzərdən keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şərq-qərb marşrutunda Xəzərdən keçməklə Orta Dəhlizin inkişafına yaranan ehtiyacın daha da artdığına işarə edərək iki ölkə arasında nəqliyyat sahəsində tam sərbəstliyin yaradılmasının zərurətinin ortaya çıxdığını, bu məsələdə təsirli addımlar atmağın faydalı olacağını ifadə edib.

Prezidentlər eyni zamanda qarşılıqlı olaraq Ramazan təbriklərini də çatdırıblar.

Geri dön