Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa çempionatı: Şahmatçımız Abdulla Qədimbəyli ikinci pilləyə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa çempionatı: Şahmatçımız Abdulla Qədimbəyli ikinci pilləyə yüksəlib

Avropa çempionatı: Şahmatçımız Abdulla Qədimbəyli ikinci pilləyə yüksəlib


Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında təmsilçilərimiz inamlı çıxışlarını davam etdirirlər.

9-u turda çexiyalı David Navaranı məğlub edən şahmatçımız Abdulla Qədimbəyli 7 xalla ikinci pilləyə yüksəlib. Aktivlərində 6,5 xal olan Misrətdin İsgəndərov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov 5-19-cu yerləri bölüşürlər.

Yarış cədvəlinə 7,5 xalla almaniyalı Matias Blubaum başçılıq edir.

İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.

Geri dön