Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aprel döyüşləri - dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Aprel döyüşləri - dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə

Aprel döyüşləri - dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə


Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan Rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş “Aprel döyüşləri – dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” adlı elmi-praktik konfrans keçirilib.

Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə keçirilən tədbirdə peşə məktəbinin müəllim və tələbə kollektivi, ümumtəhsil məktəblərinin nümayəndələri, gənclər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış edərək, 2016-cı il Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan ordusunun döyüş əzmindən, xalq-ordu birliyindən danışıb. Aprel döyüşlərində ölkəmizin digər bölgələri ilə yanaşı, beyləqanlı hərbi qulluqçuların da fədakarlıq, rəşadət göstərdiklərini, onlardan şəhidlik zirvəsinə ucalanların olduğunu diqqətə çatdırıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin direktoru Zaur Musazadə Aprel döyüşlərində Azərbaycan ordusunun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq nümunələrindən danışıb.

Tədbirdə çıxış edən qazilər Rövşən Namazalıyev, Asim Əliyev, Tahir Misirxanov və başqaları Aprel döyüşlərində, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibədə qazanılan qələbənin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasəti, silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək olması və xalqımızın birliyi nəticəsində mümkün olduğunu bildiriblər.

Geri dön