Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə işçi qrupların növbəti toplantısı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > --- > “Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə işçi qrupların növbəti toplantısı keçirilib

“Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə işçi qrupların növbəti toplantısı keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması üzrə işçi qrupların növbəti toplantısı hibrid formada keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan akademik İradə Hüseynova yeni nəşrlə bağlı işlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib. O? AMEA rəhbərliyinin bu istiqamətdə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Ötən dövrdə III nəşrin AMEA üzrə redaksiya heyəti, işçi qrupları, alim və müəssisələr tərəfindən görülmüş müvafiq işlər, elmi və elmi-təşkilati tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.

Botanika İnstitutunun şöbə müdiri biologiya elmləri doktoru Aydın Əsgərov görülmüş işlər, proseslərə cəlb edilən mütəxəssislər və planlar haqqında danışıb, “Qırmızı kitab”ın əvvəlki nəşrlərinə düşmüş, yeni nəşrə salınması planlaşdırılan bitki və göbələk növlərinin ümumi razılaşma əsasında hazırlanmış ilkin siyahılarını nümayiş etdirib.

Zoologiya İnstitutunun icraçı direktoru biologiya elmləri doktoru, dosent Elşad Əhmədov zooloqların apardıqları tədqiqatlar və onların nəticələri haqqında ümumi şəkildə məlumat verib, qiymətləndirmələrdə istifadə olunan meyarlardan danışıb.

Məruzələrdən sonra Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Botanika İnstitutunun icraçı direktoru biologiya elmləri doktoru, dosent Şakir Qasımov, həmin institutun şöbə müdiri biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri biologiya elmləri doktoru, professor Elman İskəndər, Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovun iştirakı ilə geniş müzakirələr aparılıb. Müzakirələrə “Zoom” proqramı üzərindən onlayn formada AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun baş elmi işçisi akademik Tariyel Talıbov və institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov, Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və başqaları da qoşulublar.

Müzakirələrdə gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirilib, perspektivlərdən və problemlərdən danışılıb, onların həlli ilə bağlı çoxsaylı təkliflər bildirilib. Tariyel Talıbov, Elşad Qurbanov, Tofiq Məmmədov, Vaqif Novruzov, Pənah Muradov, Səyyarə İbadullayeva, Elman İskəndər, Dilzarə Ağayeva, Ələddin Eyvazov və başqa iştirakçılar çıxış edərək məsələlərə öz münasibətlərini bildiriblər.

Aparılmış müzakirələrə yekun vuran akademik İradə Hüseynova tədbirin və bundan sonra atılacaq addımların əhəmiyyətini vurğulayıb. O, beynəlxalq, regional və milli qiymətləndirmə meyarlarının yekun variantının hazırlanaraq kitabça şəklində dərc olunması, işçi qrupların işinin optimallaşdırılması üçün müxtəlif bitki qrupları üzrə ayrıca toplantıların keçirilməsi, Naxçıvan və Gəncədə də səyyar iclasların təşkili, Azərbaycan florasının çoxcildliyinin yenidən işlənməsi və s. bu kimi ümumi razılıqla qarşılanmış təkliflərlə çıxış edib. Akademik İradə Hüseynova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə məsləhətləşmələrin davam etdiriləcəyini diqqətə çatdırıb, mövcud planların icrasının intensivləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.

Sonda “Qırmızı kitab”ın III nəşrinin redaksiya heyətinin və müvafiq işçi qrupların toplantılarının bütün maraqlı tərəflərin iştirakı ilə mütəmadi qaydada hibrid formatda keçirilməsi qərara alınıb.

Geri dön