Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya azad və açıq Hind-Sakit okean regionunun yaradılması üçün üç ölkə ilə əməkdaşlığı genişləndirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Yaponiya azad və açıq Hind-Sakit okean regionunun yaradılması üçün üç ölkə ilə əməkdaşlığı genişləndirəcək

Yaponiya azad və açıq Hind-Sakit okean regionunun yaradılması üçün üç ölkə ilə əməkdaşlığı genişləndirəcək


Yaponiya azad və açıq Hind-Sakit okean regionunun yaradılması üçün ABŞ, Böyük Britaniya və Avstraliya ilə müxtəlif səviyyələrdə əməkdaşlığı genişləndirəcək.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno aprelin 6-da keçirilən mətbuat konfransı zamanı bildirib. Baş katib, həmçinin Yaponiya hökumətinin ABŞ-Böyük Britaniya-Avstraliya Müdafiə Tərəfdaşlığı (AUKUS) çərçivəsində hipersəs silahlarının və onlara qarşı müdafiə vasitələrinin hazırlanması üçün əməkdaşlığa başlamaq barədə qərarını alqışladığını da bildirib.

“Bu, müttəfiq dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə vaxtında atılan mühüm addımdır”, - deyə H.Matsuno qeyd edib.

Xatırladaq ki, ABŞ-Böyük Britaniya-Avstraliya Müdafiə Tərəfdaşlığının üzvləri aprelin 5-də hipersəs silahlarının və onlara qarşı müdafiə vasitələrinin hazırlanması, həmçinin hiberməkanda qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə razılığa gəliblər.

Geri dön