Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanla Tacikistan arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycanla Tacikistan arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub

Azərbaycanla Tacikistan arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub


Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin xarici işlər nazirinin müavini Sodik İmomi arasında görüş keçirilib.

Sodik İmomi səfiri səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərə toxunub və Azərbaycan ilə Tacikistan arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Azərbaycan və Tacikistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan Sodik İmomi bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Tacikistan arasındakı səmimi münasibətlərdən danışan səfir əlaqələrimizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Tərəflər ikitərəfli əlaqələrin indiki vəziyyətini və perspektivlərini müzakirə ediblər, Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərə dair fikir mübadiləsi aparıblar.

Geri dön