Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Konfrans Liqası: "Slaviya" - "Feyenoord" oyununda altı qol vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > UEFA Konfrans Liqası: "Slaviya" - "Feyenoord" oyununda altı qol vurulub

UEFA Konfrans Liqası: "Slaviya" - "Feyenoord" oyununda altı qol vurulub


Aprelin 7-də futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.

Mərhələnin açılış oyununda Çexiyanın "Slaviya Praqa" klubu Niderlandda "Feyenoord"la üz-üzə gəlib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda ilk qolu 10-cu dəqiqədə qonaqların futbolçusu Luis Sinisterra vurub. Rotterdam təmsilçisi 41-ci dəqiqədə Peter Olayinkanın qolu ilə hesabı bərabərləşdirib. Matçın 67-ci dəqiqəsində İra Sor Praqa klubunu önə çıxarıb. Qarşılaşmanın 74-cü dəqiqəsində "Feyenoord"un oyunçusu Markos Senesi tarazlığı bərpa edib. Matçın 86-cı dəqiqəsində Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçü yenidən "Feyenoord"u önə keçirib. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə İbrahim Traore qoyub.

Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.

Mərhələnin digər görüşləri hazırda davam edir.

Geri dön