Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan millisi Bosniya və Herseqovina yığmasına məğlub olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan millisi Bosniya və Herseqovina yığmasına məğlub olub

Azərbaycan millisi Bosniya və Herseqovina yığmasına məğlub olub


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

Sarayevo şəhərində keçirilmiş oyunun 90+4-cü dəqiqəsində hesabı açan meydan sahibi komanda yekunda 1:0 hesablı qələbə qazanıb.

Millimizin yer aldığı E qrupuna 18 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.

Geri dön