Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan Aktau limanında konteyner qovşağı yaratmaq üçün Sinqapurdan şirkət cəlb edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Qazaxıstan Aktau limanında konteyner qovşağı yaratmaq üçün Sinqapurdan şirkət cəlb edəcək

Qazaxıstan Aktau limanında konteyner qovşağı yaratmaq üçün Sinqapurdan şirkət cəlb edəcək


Qazaxıstan Aktau limanında konteyner qovşağının yaradılmasına Sinqapurdan şirkət cəlb edəcək.

Bu barədə Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi və Sinqapurun “PSA International Pte Ltd” şirkəti nəqliyyat - logistika sahəsində əməkdaşlıq, o cümlədən Aktau limanında konteyner xabının yaradılması, həmçinin gömrük və ticarət proseslərinin rəqəmsallaşdırılması məsələlərini müzakirə ediblər.

Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşımaların gələcək inkişafında maraqlı olduqlarını bildiriblər və müvafiq yol xəritəsinin təsdiq edilməsi barədə razılığa gəliblər.

Məlumatda bildirilir ki, Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin nəqliyyat komitəsi Aktau limanında konteyner qovşağının yaradılması üzərində işləyir. Layihənin həyata keçirilməsi Qazaxıstan dəniz limanı vasitəsilə konteyner axınını 100 000 TEU-ya çatdıracaq.

Qeyd edək ki, 2022-ci ilin birinci rübünün yekunlarına görə, Aktau və Kurık dəniz limanları ilə konteyner daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıb.

Geri dön