Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə ali məktəblərə qəbul olmaq istəyən gənclərə dəstək layihəsi davam etdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə ali məktəblərə qəbul olmaq istəyən gənclərə dəstək layihəsi davam etdirilir

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə ali məktəblərə qəbul olmaq istəyən gənclərə dəstək layihəsi davam etdirilir


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində ali məktəblərə qəbul olmaq istəyən gənclərə dəstək layihəsi davam etdirilir.

Layihə çərçivəsində Marneulidəki “Çay Evi”ndə (Tea House) “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə abituriyentlər üçün sınaq imtahanı keçirilib.

Tədbirin təşkilində məqsəd gəncləri milli imtahanlara psixoloji hazırlamaq, onların bilik səviyyəsini yoxlamaq və administrativ qaydalar barədə məlumatlandırmaqdır.

İmtahanda ümumilikdə 60 abituriyent 3 saat ərzində məntiq və riyaziyyat fənləri üzrə bilik və bacarıqlarını sınayıb.

İmtahanda yüksək bal toplayan gənclər “Çay Evi”ndə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində universitetlərə hazırlıq kurslarında ödənişsiz təhsil ala biləcəklər.

Geri dön