Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marağada çox sayda iş yeri qapadılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Marağada çox sayda iş yeri qapadılıb

Marağada çox sayda iş yeri qapadılıb


Müəssisələrin "orucluq ayı qaydalarına əməl etmədikləri" üçün bağlandıqları bildirilir.

Bu barədə Marağa Polis İdarəsinin rəisi Tohid Farsi mediaya verdiyi açıqlamada bildirib.

O, fəaliyyəti qadağan edilən iş yerlərində işçilərin yemək yediklərini, bunun ölkədə tətbiq olunan orucluq ayı ilə bağlı qaydalara zidd olduğunu deyib.

Bundan bir neçə gün öncə İranın baş prokuroru Məhəmməd Cəfəri Müntəziri tətbiq olunan qaydalara uyum sağlamayan şəxs və iş yerlərinə qarşı ciddi cəza tədbirlərinin tətbiq olunacağı barədə xəbərdarlıq etmişdi.

Qeyd etmək lazımdır ki, İranda oruc tutmayan şəxslərə qarşı sərt cəza tədbirləri uyğulanır və onlar 10 gündən 3 aya qədər həbs, 74 şallaq və cərimə cəzasına məhkum edilirlər.

Buna baxmayaraq, Tehran rejiminin əməlləri nəticəsində insanların dinə qarşı münasibətləri dəyişməkdə, bundan öncə sərbəst və könüllü olaraq yerinə yetirdikləri dini mərasimlərdən uzaqlaşmaqdadırlar.

Geri dön