Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının “Mavi Vətən-2022” təlimləri başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının “Mavi Vətən-2022” təlimləri başlayıb

Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının “Mavi Vətən-2022” təlimləri başlayıb


Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığı “Mavi Vətən-2022” təlimlərinə başlayıb. “Mavi Vətən-2022” Komandanlığın ən böyük təlimlərindən sayılır.

Bununla bağlı ölkənin Kocaeli vilayətinin Gölcük bölgəsində Dəniz Qüvvələrinin Dəniz Döyüş Mərkəzi Komandanlığında mətbuat konfransı keçirilib.

Bildirilib ki, aprelin 21-dək Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində keçiriləcək “Mavi Vətən-2022” təlimində Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid 122 gəmi, 41 təyyarə və 12 min nəfər iştirak edəcək.

Konfransda çıxış edən təlimin rəhbəri, kontr-admiral Yusuf Akyüz təlimin əsas məqsədinin bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi olduğunu bildirib.

Geri dön