Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrana silah satmağa cəhd edən biznesmen həbsə məhkum edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İrana silah satmağa cəhd edən biznesmen həbsə məhkum edildi

İrana silah satmağa cəhd edən biznesmen həbsə məhkum edildi


BRİTANİYALI İŞ ADAMI İRANA RAKET AVADANLIQLARI SATMAQ İSTƏYİRMİŞ



Amerikanın Texas ştatındakı El-Paso şəhərinin məhkəməsi britaniyalı milyoner Kristofer Teppini 33 ay azadlıqdan məhrum edib. Səbəb iş adamının İrana silah satmağa cəhd göstərməsi olub. Yukdaşıma şirkətinin keçmiş sahibi olan britaniyalı iş adamının bu cəhdi xüsusi xidmət orqanları tərəfindən aşkarlandıqdan sonra o, məsuliyyətə cəlb edilib.

66 yaşlı iş adamı İrana silah satmaq üçün planları bir ilə hazırlayıb. İran tərəfi ilə çox gəlirli anlaşma əldə edən K.Teppin əvvəlcə vasitəçilərin köməyi ilə ABŞ-dan raket avadanlıqlarını almaq, daha sonra isə onları Avropa üzərindən İrana göndərməyi planlaşdırıb.

Ancaq iş adamı ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. O, Amerika xüsusi xidmət orqanlarının təxribatı ilə üzləşdiyini iddia edir.

Geri dön