Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oğlanlar arasında florbol üzrə yoxlama yarışları keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Oğlanlar arasında florbol üzrə yoxlama yarışları keçiriləcək

Oğlanlar arasında florbol üzrə yoxlama yarışları keçiriləcək


Aprelin 13-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında florbol üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək.

Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında təşkil ediləcək turnirə 12 komanda qatılacaq. Yarışlar xüsusi internat, tam və inklüziv orta məktəblərdən və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan oğlanlar arasında “UNIFIED Sports” (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun keçiriləcək. Turnirdə 100-ə yaxın atlet iştirak edəcək.

Geri dön