Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Faktiki hava: Bakıda küləyin sürəti artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Faktiki hava: Bakıda küləyin sürəti artır

Faktiki hava: Bakıda küləyin sürəti artır


Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 05:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi qərb rayonlarında tədricən səngiyir, Bakıda isə küləyin sürəti artır.

Xidmətdən bildiriblər ki, küləyin ani maksimal sürəti Naftalanda 20, Neftçala, Biləsuvarda 12 metr/saniyəyə çatır.

Bakıya və Abşeron yarımadasına gəlincə, küləyin sürəti Bakıda saniyədə 28, Maştağada 19, Neft Daşlarında 20, Çilov adasında 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.0 metrdir.

Şimal-qərb küləyinin aprelin 13-ü səhər saatlarında bəzi yerlərdə 18-23, arabir 25-28, gündüz isə 15-18 metr/saniyəyədək mülayimləşəcəyi gözlənilir.

Geri dön