Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Karate Federasiyası qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan Milli Karate Federasiyası qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək

Azərbaycan Milli Karate Federasiyası qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək


Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlar arasında 6-cı beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mayın 2-8-də AMKF-in təlim-məşq bazasında keçirilən hazırlığa Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaqlar.

Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması da gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarında idmançılarımızla birgə, Çexiya və Yunanıstandan karateçilər iştirak etmişdilər.

Geri dön